Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türkmənistanda keçirilən Türkmənistan, Azərbaycan və Türkiyənin nəqliyyat sahəsi üzrə məsul nazirlərinin görüşündə iştirak edib.
Bizim.Media bu barədə Nazirliyin yaydığı məlumatda qeyd edilib.
Bildirilir ki, nazir görüşdə son 20 ildə Azərbaycanın bir sıra iri regional nəqliyyat və kommunikasiya layihələrinin təşəbbüskarı olduğunu vurğulayıb.
“Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası – bütün bu layihələr daha geniş regional əməkdaşlığa hesablanıb və geostrateji coğrafi mövqeyi olan ölkəmizi beynəlxalq nəqliyyat qovşağına çevirir”, - deyə nazir vurğulayıb.
Qeyd olunub ki, alternativ marşrutlara nisbətən qısa olan Orta Dəhliz rəqabətqabiliyyətliyi baxımından daha əlverişlidir.
Orta Dəhlizin tranzit potensialının genişləndirilməsinə əhəmiyyətli təsir göstərə biləcək və regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq digər bir amil Zəngəzur dəhlizinin ən qısa müddətdə açılmasıdır.
Vurğulanıb ki, Zəngəzur dəhlizi ən qısa və təhlükəsiz tranzit keçidi olmaqla Çin və Mərkəzi Asiya ölkələrinin Avropa istiqamətində nəqliyyat əlaqələrinin diversifikasiyasını təmin etmiş olacaq, həm Şərq-Qərb, həm də Şimal-Cənub tranzit marşrutları üzrə yük keçirmə qabiliyyətini artırmaq imkanı yaradacaq.
Çıxışın sonunda səsləndirilib ki, regionun nəqliyyat potensialından maksimum istifadə etmək bizim ümumi məqsədimizdir. Nəqliyyat sistemlərimizin bir-birini tamamlaması ölkələrimizin davamlı iqtisadi artımına töhfə verəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:00 / 13.12.2022
Üç ölkənin nəqliyyat sahəsi üzrə məsul nazirləri görüşüb – Nələr müzakirə olunub?
Hazırda oxunan: Üç ölkənin nəqliyyat sahəsi üzrə məsul nazirləri görüşüb – Nələr müzakirə olunub?
Hazırda oxunan: Üç ölkənin nəqliyyat sahəsi üzrə məsul nazirləri görüşüb – Nələr müzakirə olunub?
109397
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.