Azərbaycanda 71 müəssisədə nöqsanlar aşkarlandı – Müvafiq tədbirlər görüldü

Azərbaycanda 71 müəssisədə nöqsanlar aşkarlandı – Müvafiq tədbirlər görüldü

Hazırda oxunan: Azərbaycanda 71 müəssisədə nöqsanlar aşkarlandı – Müvafiq tədbirlər görüldü

109389

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 81 ticarət müəssisəsi və 23 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı  
ümumilikdə 71 müəssisədə nöqsanlar müəyyən olunub. 

Bu barədə Bizim.Media-ya AQTA-dan məlumat verilib. 

Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 48, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 20, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 14, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 43, açıq şəkildə satışı həyata keçirilən süd məhsullarına dair tələblərə əməl olunmaması ilə bağlı 4 nöqsan aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO