Yağ qiymətlərinə görə 2 şirkət cərimələndi - Yoxlamalar BAŞLADI

Yağ qiymətlərinə görə 2 şirkət cərimələndi - Yoxlamalar BAŞLADI

Hazırda oxunan: Yağ qiymətlərinə görə 2 şirkət cərimələndi - Yoxlamalar BAŞLADI

109352

Ölkədə yağ məhsullarının qiymət artımı ilə bağlı yoxlamalara başlanılıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yağ məhsulları bazarında qiymət artımının səbəblərinin müəyyən olunması məqsədilə marqarin yağı, palma yağı, duru yağlar, bitki və heyvan mənşəli qarışıq yağ məhsulları barədə məlumatların təqdim edilməsi üçün əsas bazar iştirakçıları olan “Bakı Qida və Yağ Fabriki” MMC və “Sun Food” MMC-yə müraciət edilib.

Lakin hər iki təsərrüfat subyekti tərəfindən məlumatlar təqdim olunmadığından onlara qarşı antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və hər iki müəssisəyə ayrı-ayrılıqda 5500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müvafiq sahədə araşdırmaları davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO