“Bütün ölkələrin proletarları, birləşin!”şüarından imtina edən ilk mətbu orqanı hansı olub?

“Bütün ölkələrin proletarları, birləşin!”şüarından imtina edən ilk mətbu orqanı hansı olub?

Hazırda oxunan: “Bütün ölkələrin proletarları, birləşin!”şüarından imtina edən ilk mətbu orqanı hansı olub?

109191

“Mətbuat tariximizi bir qədər geriyə vərəqləsək görərik ki, ötən əsrin 90-cı illərə kimi bütün qəzetlər bir şüar altında nəşr olunurdu: “Bütün ölkələrin proletarları, birləşin!”. Bu şüar SSRİ-nin banisi Leninə aid idi və 70 ilə yaxın bir dövrdə bütün keçmiş sovet ittifaqı ölkələrinin qəzetlərində yer alıb”.  

Bizim.Media xəbər verir ki, bu fikirlər Şəkidən olan naşir Aydın Məmmədova məxsusdur.  

Müsahibimiz özü də jurnalist ailəsində doğulub. Onun atası Salis Məmmədov bölgədə fəaliyyət göstərməsinə baxmayaraq, bütün Azərbaycanda, hətta onun hüdudlarından kənarda belə tanınıb. Belə ki, Salis Məmmədovun nəşr etdiyi “İpəkçi” qəzeti Şəki İpək kombinatının orqanı olsa da, naşirin səyi və təcrübəsi nəticəsində Şəki ipəyinin satıldığı əksər ölkələrə də göndərilib.

Aydın Məmmədov bildirir ki, sovetlər birliyinin ən güclü dövründə məhz Azərbaycanın ən ucqar bir bölgəsində fəaliyyət göstərən “İpəkçi” qəzeti bu şüardan imtina etməklə tarixdə bir ilkə imza atıb: 

“İpəkçi” qəzetinin 12 dekabr 1990-cı il tarixli (№ 33–34 (1967–1968)) sayında sovet mətbuatının atributu olan “Bütün ölkələrin proletarları, birləşin!” şüarından imtina edilir. Bu, o dövr üçün Azərbaycan Sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə nadir hallarda təsadüf edilən bir hadisə idi” - deyə, Aydın Məmmədov fikrini tamamlayıb.  

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO