Yazımıza REAKSİYA: Gəncənin küçələrindəki bərbad vəziyyət aradan qaldırılır - VİDEO

Yazımıza REAKSİYA: Gəncənin küçələrindəki bərbad vəziyyət aradan qaldırılır - VİDEO

Hazırda oxunan: Yazımıza REAKSİYA: Gəncənin küçələrindəki bərbad vəziyyət aradan qaldırılır - VİDEO

109159

Gəncədə su-kanalizasiya işlərinin aparılması ilə bağlı şəhər yollarında dözülməz vəziyyətin yarandığı barədə yazmışdıq. Təbriz küçəsində aparılan qazınti təmir işlərindən sonra yaranmış dözülməz vəziyyət isə sakinləri lap hövsələdən çıxarmışdı.

Bizim.Media məsələ ilə bağlı ciddi araşdırma apararaq səlahiyyətli şəxslərin də münasibətini öyrənmişdi.
 

MÖVZU İLƏ BAĞLI:

11 ildir Gəncənin viran qoyulan daxili küçələri - VİDEO


Dərc etdiyimiz yazıdan heç bir gün keçməmiş işə məsul “Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı filialının Gəncədə çalışan qolunun iş icraçısi İbrahim Məmmədov əlaqə saxlayaraq bildirdi ki, artıq Təbriz küçəsində yaranmış vəziyyət aradan qaldırılır:

“Hazırda küçənin Xan bağına yaxın hissələri asfaltlanıb. Yağıntılı hava şəraiti, bir neçə gün Gəncədə qar və sulu qar yağması işlərin bir az ləngiməsinə səbəb olmuşdu. Artıq asfaltlama işləri yenidən start götürüb və bu işlər sona çatdırılanadək yerinə yetiriləcək”.

İş icraçısının sözlərinə görə təlimata uyğun olaraq borular basdırıldıqdan və torpaqlandıqdan sonra həmin yerlər mütəmadı olaraq sulanmalıdır ki, bərkisin:

“Basdırılma işlərindən sonra torpaq hissənin yatmasının ən azından bir həftə gözləmək vacibdir. Çünki həmin qatın çökməsini gözləməsən ora salınan asfalt örtüyü zay ola bilər. Ona görə o torpaq qatının çökməsi təbiidir”.

“Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı filialının rəsmisi basdırılma işləri yekunlaşmış yerlərdə asfaltlanma işlərinin davam edəcəyini və bu sahədə bir daha problem yaranmayacağını qeyd edib. 

Gəncədə bütün işlər yekunlaşdıqdan sonra qazıntı işləri aparılan küçələrin tam asfaltlanmasına gəlincə iş icraçısı bunları dedi:

“Layihədə yalnız qazılmış yerlərin basırıldıqdan sonra asfaltlanması nəzərdə tutulur. Bundan başqa əgər həmin asfalt salınan sahələrdə təkrak çökmələr olarsa o da layihəyə uyğun şirkət tərəfindən təmir olunacaq”.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO