Sevil bacısının PAXIRINI AÇDI – Sevincin diplomu əlindən alına bilərmi? - AÇIQLAMA

Sevil bacısının PAXIRINI AÇDI – Sevincin diplomu əlindən alına bilərmi? - AÇIQLAMA

Hazırda oxunan: Sevil bacısının PAXIRINI AÇDI – Sevincin diplomu əlindən alına bilərmi? - AÇIQLAMA

109128

Müğənni Sevil və Sevinc bacılar qəribə açıqlamaları ilə gündəmə gəliblər. Ötən həftə Sevil efirdən etiraf etdi ki, bacısının əvəzinə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə qəbul zamanı keçirilən qabiliyyət imtahanında o iştirak edib. 

Bacıların bu fikirləri təbii ki, birmənalı qarşılanmayıb. Çoxluq bacıları bu söylədiklərinə görə qınayıb.

Məsələ ilə bağlı haqqında söhbət açılan Mədəniyyət və İncəsənət Universiteti ilə əlaqə saxladıq. Universitetin mətbuat katibi Şəhanə Müşviq Bizim.Media-ya bildirdi ki, əgər bu cür hal yaşanıbsa da keçmiş rəhbərliklərin dövründə olub:

“Buna görə də belə bir faktla bağlı Universitetin hər hansı məlumatı yoxdur. Universitetin rəsmi arxiv sənədlərində belə bir şey olmadığına görə, sadəcə dildə deyilən sözlər kimi qəbul edirik”.

Təhsil üzrə ekspert Elşad Qafarovsa bildirdi ki, belə hadisənin olması heç də inandırıcı görsənmir:

“Bacılar bir-birinə çox bənzədikləri üçün onları ayırd etmək də çox çətindir. Bunu ancaq barmaq izi ilə ayırd etmək olar. Üstəlik, hadisədən xeyli vaxt keçib. Ona görə də müğnni bacıların bu fikirlərini bir “şıltaqlıq” kimi qəbul etsək, gündəmdə qalmaq arzusu kimi qiymətləndirsək daha yaxşı olardı”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO