Bu rayonun bəzi ərazilərində qaz olmayacaq

Bu rayonun bəzi ərazilərində qaz olmayacaq

Hazırda oxunan: Bu rayonun bəzi ərazilərində qaz olmayacaq

109113

Cəlilabad rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq. 

Bizim.Media-nın cənub bürosu xəbər verir ki, bu barədə rayon icra hakimiyyətindən məlumat verilib. 

"SOCAR-ın “Qaz İxrac” İdarəsindən Cəlilabad Rayon İcra Hakimiyyətinə daxil olmuş məlumata əsasən bildiririk ki, Dövlət Proqramı çərçivəsində təbii qaz həcminin qəbul edilməsi, əhali və sənaye istehlakçılarına faziləsiz və təhlükəsiz çatdırılmasını təmin etmək üçün “Astara-Qazıməmməd” magistral qaz kəmərində aparılan təmir və yeni boru hissələrinin mövcud qaz kəmərinə qoşulması işləri ilə əlaqədar 13-15 dekabr 2022-ci il tarixlərdə (3 gün) Günəşli qaz paylayıcı stansiyasından (QPS) qidalanan 24 yaşayış məntəqəsinin və 16 dekabr 2022-ci il tarixdə (1 gün) Göytəpə və Cəlilabad qaz paylayıcı stansiyalarından qidalan 26 yaşayış məntəqəsinin mavi yanacaqla təchizatında fasilə yaranacaqdır" - deyə məlumatda qeyd edilib.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO