“Dedi ki, tapançam var, gəlib sizi öldürəcəm” - Gəncədəki qətlin təfərrüatı

“Dedi ki, tapançam var, gəlib sizi öldürəcəm” - Gəncədəki qətlin təfərrüatı

Hazırda oxunan: “Dedi ki, tapançam var, gəlib sizi öldürəcəm” - Gəncədəki qətlin təfərrüatı

109092

Gəncədə 1 nəfərin ölümü, 2 nəfərin bıçaqlanması ilə nəticələnən insidentin bəzi təfərrüatları məlum olub.

Bizim.Media xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən Kamal Bayramov öldürülən Əli Bayramovla qohum olub.
 

MÖVZU İLƏ BAĞLI:

DİN-dən Gəncədəki ölümlə nəticələnən kütləvi dava ilə bağlı AÇIQLAMA


O, hətta bir müddət Əlinin evində qalıb. Tərəflər arasında münaqişə isə borc pul üstündə olub.

Belə ki, Ə.Bayramov ailədən olan bir nəfərdən ilk dəfə 5 min, ikinci dəfə isə 2700 manat alıb, amma pulları geri qaytarmayıb. Mübahisə də bu səbəbdən yaranıb.

Kamal Bayramovun anası Ofelya Bayramova “Qafqazinfo”ya hadisə barədə danışıb:

"Dünən bu vaxtı Əlinin qaynanasına zəng etdim ki, bizim pulumuzu alıb qaytarsın. Telefonu qadının əlindən alaraq dedi ki, tapançam var, gəlib sizi öldürəcəm. Sonra isə hazırda yaralı olan oğluma dedi ki, filan yerə gəl. Mən qoymadım və qapını bağladım, sonra da işə getdim. Qayıdan zaman eşitdim ki, bu hadisə baş verib".
 

Məlumat üçün bildirək ki, qətli törədən K.Bayramov tarix müəllimi, qətlə yetirilən Ə.Bayramov isə Daşkəsən rayonunda İngilis dili müəllimi işləyib. Hadisə zamanı digər bıçaqlanan Niyazi Bayramov isə Kamalın qardaşıdır.


Yeri gəlmişkən, ötən gün Gəncə şəhərində baş verən kütləvi davada bıçaqlananlardan biri - 1994-cü il təvəllüdlü Niyazi Bayramov dünyasını dəyişib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO