Hacıqabulda avtomobil yük maşınına çırpıldı - Ölən və yaralanan var

Hacıqabulda avtomobil yük maşınına çırpıldı - Ölən və yaralanan var

Hazırda oxunan: Hacıqabulda avtomobil yük maşınına çırpıldı - Ölən və yaralanan var

109059

Hacıqabulda bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Pirsaat qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili qarşıda gedən “KAMAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Qəza sonucunda bir nəfər hadisə yerində ölub. Bir nəfər isə Hacıqabul rayon sakini, 1961-ci il təvəllüdlü Əsgərov Bəxtiyar Əsgər oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda ölənin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO