Dekabr ayının 10-da saat 16:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyasında silahla davranış qaydalarının pozulması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2003-cü il təvəllüdlü əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu aldığı güllə yarasından vəfat edib.
Bu barədə Bizim.Media-ya DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Baş vermiş hadisənin araşdırılması məqsədilə Dövlət Sərhəd Xidməti rəisinin göstərişi ilə Sərhəd Qoşunlarının komandanı hadisə yerinə ezam olunub.
Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat etmiş hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:01 / 11.12.2022
Dövlət Sərhəd Xidmətinin əsgəri silahdan açılan atəş nəticəsində dünyasını dəyişdi - FOTO
Hazırda oxunan: Dövlət Sərhəd Xidmətinin əsgəri silahdan açılan atəş nəticəsində dünyasını dəyişdi - FOTO
Hazırda oxunan: Dövlət Sərhəd Xidmətinin əsgəri silahdan açılan atəş nəticəsində dünyasını dəyişdi - FOTO
109035
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.