Bir gündə 23 000-dən çox ağac əkilib - FOTO 

Bir gündə 23 000-dən çox ağac əkilib - FOTO 

Hazırda oxunan: Bir gündə 23 000-dən çox ağac əkilib - FOTO 

108956

Ölkənin bütün regionlarında payız ağac əkini mövsümü ilə əlaqədar ağacəkmə və meşəbərpa tədbirləri yağışlı hava şəraitinin olmasına baxmayaraq, bu gün də davam edib.

Bizim.Media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının və könüllülərin iştirakı ilə Qusar və Siyəzən rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərinin 3 hektar sahəsində 4800 ağac əkilib, 320 kiloqram toxum səpilib:

"Eyni zamanda, meşəbərpa tədbirləri Sabirabad, Qəbələ və Bərdə rayonlarında da keçirilib və payız əkin planına uyğun olaraq gün ərzində, ümumilikdə 18 hektar meşə fondu torpağının açıq və seyrək ərazisində 23 448 ədəd müxtəlif növ ağac tingi əkilib, 400 kiloqram toxum səpilib".

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO