Oğuza dəfnə gedənlər Şəkidə qəzaya DÜŞDÜ: Yaralılar var - VİDEO 

Oğuza dəfnə gedənlər Şəkidə qəzaya DÜŞDÜ: Yaralılar var - VİDEO 

Hazırda oxunan: Oğuza dəfnə gedənlər Şəkidə qəzaya DÜŞDÜ: Yaralılar var - VİDEO 

108913

Şəkidə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
 
Bizim.Media-nın yerlı bürosunun məlumatına görə, hadisə Oğuz-Şəki avtomobil yolunun rayonun Sarıca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü, Mingəçevir şəhər sakini Sərxan Quluzadənin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Nəticədə 4 sərnişin - Vüqar Məmmədəliyev, Qalib Muradov, Qəhrəman Qurbanlı, İlqar Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO