Gülnarə Kərimova COVİD 19-a yoluxdu

Gülnarə Kərimova COVİD 19-a yoluxdu

Hazırda oxunan: Gülnarə Kərimova COVİD 19-a yoluxdu

1089

Özbəkistanın ilk  prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova  Daşkəndin Zəngiata bölgəsində saxlandığı həbsxanada xəstələndiyi bildirilir.

Bizim.Media Özbəkistanın Korrespondent.uz saytına istinadən bildirir ki, bu haqda onun qızı İman Kərimova xəbər verib. Xəbərdə deyilir ki, Gülnarə Kərimovaya sətəlcəm diaqnozu qoyulub və hazırda koloniyanın xəstəsxanasında müalicə olunur. Ona COVID-19 testindən keçməsinə icazə verilmir.

Xatırladaq ki, Gülnarə Kərimova  2015-ci ildən vergidən yayınma və dövlət vəsaitini mənimsəmə ittihamı ilə  həbsxanada cəza çəkir. Əvvəlcə ev dustağı olan Gülnarə Kərimova, sonradan Zangiata rayonundakı qadın koloniyasına köçürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO