“Təzə Bazar” daha olmayacaq?  – “Mən nə bilim, daha orayla əlaqəm yoxdur” - BAZARKOM 

“Təzə Bazar” daha olmayacaq?  – “Mən nə bilim, daha orayla əlaqəm yoxdur” - BAZARKOM 

Hazırda oxunan: “Təzə Bazar” daha olmayacaq?  – “Mən nə bilim, daha orayla əlaqəm yoxdur” - BAZARKOM 

10886

“Təzə Bazar”ın köhnə ünvanında təmir - bərpa işlərinə hələ başlanılmayıb. 

Bizim.Media olaraq bundan əvvəlki araşdırmamızda qeyd etmişdik ki, bazar təmirə dayanıb və iki il müddətində əvvəlki yerinə qaytarılacaq.  

Məlumatlı mənbədən əldə etdiyimiz xəbərə görə isə artıq “Təzə Bazar”ın yerində yüksəkmərtəbəli yaşayış binaları tikiləcək. Bazarın yerini isə məşhur şirkətlərdən biri satın alıb. 

 

MÖVZU İLƏ BAĞLI:

“Təzə bazar”ın təzə yeri, gəlib-getmir heç müştəri – REPORTAJ 


Xəbəri dəqiqləşdirmək üçün “Təzə Bazarın” nəzarətçisi kimi tanınan Ədalət Orucovla əlaqə saxladıq, cavab əsəbi oldu:

“Bazarın təmir olunması hökümətin öz işidir. Nə zaman təmir edəcəklər, özləri bilir. Ümumiyyətlə, ora artıq başqa şirkətə verilib. Mənim daha ora ilə əlaqəm yoxdur”.

Xatırladaq ki, “Təzə bazar” 2000-ci ilin əvvəlində səhmləşmə yolu ilə özəlləşdirilib. Sonra Səhmdar Cəmiyyət ləğv edilib və minoritarlar səhmlərini iri səhmdarlara satıb. “Təzə bazar” Bakı şəhərinin ən qədim bazarlarından biri hesab edilir.

Bazar indi  icarədarları üç istiqamətdə müxtəlif yerlərdə yerləşdiriliblər. Bir hissəsi Nəsimi rayonu ərazisində "Eurohome" ticarət mərkəzində, keçmiş "Qarabağ" mehmanxanasının ərazisində, yerləşdirilib. Bura təxminən 80-ə yaxın icarədar köçürülüb.

İcarədarların bir qrupu "Təzə bazar"la üzbəüz fəaliyyət göstərən "Af Center" də yer alıb. Onlar əsasən inşaat malları satırlar.

Üçüncü ünvan isə  "AfcomPlaza"- dır. Bu mərkəz Ceyhun Hacıbəyli küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində, Plotnikov küçəsi 21-də, yerləşir. Təzə Bazar”ın 90% -i burada yerbəyer olub. 

“Təzə Bazar”ın yeni taleyi haqda isə məlumat yoxdur. Araşdırmamız davam edir.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO