Polis əməliyyat keçirdi – Dəmir yolu relslərini kəsən şəxslər saxlanıldı

Polis əməliyyat keçirdi – Dəmir yolu relslərini kəsən şəxslər saxlanıldı

Hazırda oxunan: Polis əməliyyat keçirdi – Dəmir yolu relslərini kəsən şəxslər saxlanıldı

108825

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İmişli stansiya Xətt Polis Şöbəsinin Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində axşam saatlarında dəmir yol relslərini kəsərək aparmaq istəyən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Şirvan-Çeşidləmə mənzilinin 48-ci kilometrliyində, dəmir yolunun yaxınlığında 3 ədəd dəmir yol relsini kəsərək yük avtomobilinə yükləyən zaman üç nəfər şəxs saxlanılıb. Araşdırmalarla onların Şirvan şəhər sakinləri

A.Hüseynov, C.Səlimov və E.Səlimov olduqları müəyyən edilib. 

Həmin şəxslər maddi sübutla birlikdə Şirvan stansiya Xətt Polis Bölməsinə gətiriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO