Cəlilabadda azyaşlı dərmandan, qadın naməlum maddədən zəhərlənib

Cəlilabadda azyaşlı dərmandan, qadın naməlum maddədən zəhərlənib

Hazırda oxunan: Cəlilabadda azyaşlı dərmandan, qadın naməlum maddədən zəhərlənib

108810

Cəlilabad rayonunda azyaşlı dərmandan, qadın isə naməlum maddədən zəhərlənib.

Bizim.Media-nın cənub bürosu xəbər verir ki, hadisələr rayonun ayrı-ayrı kəndlərində qeydə alınıb.

Belə ki, Bəcrəvan kənd sakini 3 yaşlı G.Abbasova qəbul etdiyi dərmandan zəhərlənib.

Daha bir analoji hadisə isə rayonun Kövüzbulaq kəndində baş verib. Belə ki, kənd sakini 1976-ci il təvəllüdlü R.Ağayeva naməlum maddədən zəhərlənib. Hər iki şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. R.Ağayeva reanimasiya şöbəsinə yerləşdirilib.
Hər iki faktla bağlı araşdırmalara başlanılıb.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO