Bakı-Quba yolunun dekabr ayının 20-də istifadəyə veriləcəyi ilə bağlı xəbər vermişik. Bu barədə Bizim.Media-ya Qubadan olan millət vəkili Vahid Əhmədov məlumat verib.
Amma bildiyiniz kimi, Bakı-Quba yolunun təmirindən bir neçə il əvvəl tikintisinə başlanan Bakıdan Rusiya sərhəddinə qədər olan ödənişli yolun da eyni vaxtda istifadəyə veriləcəyi haqda Avtomobil Yollar Dövlət Agentliyi vəd vermişdi. Bu barədə AYDA-nın mətbuat katibi Anar Nəcəfli şəxsən saytımıza açıqlama ilə çıxış etmişdi.
Amma son olaraq Bizim.Media-nın əldə etdiyi məlumata görə, “pullu yol” adlandırılan həmin yol bu il istifadəyə verilməyəcək.
Səbəbi barədə isə müxtəlif fikirlər dolaşır. Birinci səbəb kimi terminalların quraşdırılıb işlək vəziyyətə gətirməyin mümkün olmadığı göstərilir. Digər səbəb kimi yol haqqının hansı meyarlarla dəyərləndirilməsi barədə yekun fikrin olmaması deyilir.
Ödənişli yolun nə zman açılacağı ilə bağlı sualımıza da millət vəkili Vahid Əhmədovdan cavab istədik:
“Bakı-Quba yolu ilə paralel dəniz istiqamətində çəkilən yeni yolun 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur”, - deyə millət vəkili məlumat verdi.
Amma 2023-cü ilin hansı ayı və günüdə açılacağı barədə səlis məlumat əldə edə bilmədik.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:30 / 09.12.2022
Pullu yolun istifadəyə verilməsi təxirə salındı - SƏBƏB
Hazırda oxunan: Pullu yolun istifadəyə verilməsi təxirə salındı - SƏBƏB
Hazırda oxunan: Pullu yolun istifadəyə verilməsi təxirə salındı - SƏBƏB
108756
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.