Ölkədə vahid taksi xidməti yaradılacaqmı? - RƏSMİ AÇIQLAMA 

Ölkədə vahid taksi xidməti yaradılacaqmı? - RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Ölkədə vahid taksi xidməti yaradılacaqmı? - RƏSMİ AÇIQLAMA 

108727

Azərbaycanda vahid taksi xidmətinin yaradılması nəzərdə tutulmur, hazırda bu məsələ gündəmdə deyil. 

Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışı - biletim.az portalının təqdimatında bildirib. 

O qeyd edib ki, yalnız vahid standartlar əsasında taksi xidmətinin olması planlaşdırılır:

"Ümumiyyətlə, vahid taksi xidməti ilə bağlı indiyədək xidmət olmayıb. Ancaq vahid tələblər əsasında taksi şirkətləri fəaliyyət göstərməli, tələblərə əməl etməlidirlər". 

R. Hümmətov bildirib ki, bu gün taksi şirkətlərindən şikayətlərə rast gəlinir:

"Lakin bununla bağlı taksi şirkətləri heç bir tədbir görmürlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO