Ölkədə kənd təsərrüfatı təynatlı torpaqlara nəzarət gücləndiriləcək

Ölkədə kənd təsərrüfatı təynatlı torpaqlara nəzarət gücləndiriləcək

Hazırda oxunan: Ölkədə kənd təsərrüfatı təynatlı torpaqlara nəzarət gücləndiriləcək

108719

“Ərzaq təhlükəsizliyi və əhalinin ərzaq tələbatını təmin etmək üçün kənd təsərrüfatı təyinatlı torpaqların təyinatı üzrə istifadəsinə nəzarət gücləndiriləcək”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş nazir Əli Əsədov səsləndirib. 

“Məlumat üçün qeyd edim ki, ölkəmizin ümumi torpaq fondu 8,6 milyon hektar təşkil edir. Bunun da yalnız 4,8 milyon hektarı kənd təsərrüfatına yararlıdır. Əhalinin ərzaq təminatının yaxşılaşdırılması və işlə təmin oluması üçün kənd təsərrüfatına yararlı torpaqların təyinatdan kənar istifadəsi arzuolunmazdır və bu məsələ xüsusi diqqətdə saxlanılacaq”, - deyə Baş nazir əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO