Qazaxda avtomobil dərəyə aşıb - Ölənlər var

Qazaxda avtomobil dərəyə aşıb - Ölənlər var

Hazırda oxunan: Qazaxda avtomobil dərəyə aşıb - Ölənlər var

108652

Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb.

"KİA" markalı minik avtomobilinin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində Ağköynək kənd sakinləri, 1982-ci il təvəllüdlü Qaragözov Kamil İsrail oğlu və 1981-ci il təvəllüdlü Vəliyev Rəşad Musa oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.

Onların meyitləri əzilmiş avtomobildən Fövqəlаdə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO