Daşkəsən icra hakimiyyəti həbslərdən xəbərsizdir - QALMAQAL

Daşkəsən icra hakimiyyəti həbslərdən xəbərsizdir - QALMAQAL

Hazırda oxunan: Daşkəsən icra hakimiyyəti həbslərdən xəbərsizdir - QALMAQAL

10862

Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Rasim Allahverdiyev və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyevin saxlanıldıqları bildirilir.

Hər iki şəxsin korrupsiya və torpaq satışı ilə bağlı yol verdikləri qanunsuz əməllərə görə saxlanıldığı deyilir. 

Daşkəsən Rayon İcra başçısının köməkçisi Yaşar Rzalı Bizim.Media-ya açıqlamasında məlumatı təsdiqləməyib və baş verənlərdən xəbərsiz olduğunu deyib. 

Rasim Allahverdiyevlə əlaqə yaratmaq cəhdimiz isə baş tutmayıb. Bələdiyyə sədrinin mobil telefonuna və evinə etdiyimiz zənglərə cavab verən olmayıb.  

Qeyd edək ki, Rasim Allahverdiyev 22 ildir ki icra başçısı Əhəd Abıyev olan Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinə rəhbərlik edir.  

Şahbaz Mehdiyev isə  ləğv olunan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsində işləyib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO