Narkotikin təsiri altında avtobus sürən şəxs İFŞA OLUNDU - VİDEO 

Narkotikin təsiri altında avtobus sürən şəxs İFŞA OLUNDU - VİDEO 

Hazırda oxunan: Narkotikin təsiri altında avtobus sürən şəxs İFŞA OLUNDU - VİDEO 

108577

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtobus idarə edən Həzrətquliyev Kənan Aftandil oğlunun qanunazidd əməllərinin qarşısı alınıb.

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən bildirilib.

Belə ki, “İSUZU” markalı, 90-TV-781 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Kənan Həzrətquliyev Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və müayinə zamanı K.Həzrətquliyev narkotik maddə qəbul etməsi müəyyən edilib.
K.Həzrətquliyev barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO