AXP lideri, sabiq millət vəkil Pənah Hüseyn Nardaranda baş verən hadisələrə münasibət bildirib.xa0
Moderator.az həmin münasibəti təqdim edir:
“Nardaranda baş verənlər cəmiyyətdə ciddi narahatlıq doğurub. Məsələnin sürətlə, doğru - xa0düzgün araşdırılması və ictimaiyyətin məlumatlandırılması vacibdir. İstənilən halda səlahiyyətli hüquq-mühafizə orqanlarına qarşı silahlı müqavimət yolverilməzdir və bunun hər hansı şəkildə bəraətə yönəlik izahatı yoxdur. xa0Eyni zamanda, dinc əhalinin kütləvi toplandığı yerdə odlu silahdan xa0istifadənin qanuniliyi şəraiti də diqqətlə araşdırılmalıdır. xa0Hadisənin nə üçün məhz xa0şiə inanclılar üçün müqəddəs sayılan, Nardaranda adamların kütləvi toplanıb mərasim keçirəcəkləri əvvəlcədən məlum olan imamın 40- günü keçirilməsinin zəruriliyinin də aydınlaşdırılması gərəkdir xa0ki, ölkədə hadisələrin gərginləşməsindəmaraqlı qüvvələrin təxribat ehtimalı barədə şübhələrə də aydınlıq gəlsin. xa0Olayın əziyyəti və əzabı xa0dinc Nardaran əhalisinin və təqsirsiz vətəndaşların üzərinə düşməməlidir. Bu gün bizə milli həmrəylik hərzaman olduğundan daha zəruridir. İslamın sülh demək olmasını anlamaq və rəhbər tutmaq xa0hər vaxt olduğundan daha lazımdır”x9d.
xa0































































































