Böyük Britaniyalı alimlər yeni xəstəlik – “Gözəllik salonu” sindromunu aşkar ediblər. Alimlər müəyyən edib ki, qadınlar salona gedərkən adətən saçlarını yuyurlar və saç ustasının qarşısında kresloya əyləşərək arxaya söykənirlər.
Bu vəziyyətdə onların isti suyun təsirindən genişlənmiş boyun damarları sıxılmaya məruz qalır. Damarlar sıxıldığına görə qan dövranı zəifləyir.
Bu vəziyyət isə ciddi fəsadlar yaradır, beyinə qan sızma, insult keçirməklə, bəzən qadınların ölümünə səbəb olur.
Alimlər onu da müşahidə ediblər ki, salondan çıxan qadınların əksəriyyəti bir müddət baş ağrısından əziyyət çəkdiklərini də söyləyiblər. Alimlər bu baş ağrılarının da qan dövranındakı problemlə bağlı olduğunu bildiriblər.
Məsələ ilə bağlı tanınmış həkim Qalib Əsədovun fikirlərini öyrəndik.
Bizim.Media-ya açıqlamsında bildirdi ki, əgər boyunda xəstəlik varsa, belə halların olması gözləniləndir:
“Məsələn, insan osteoxondrozdan və yaxud digər xəstəlikdən əziyyət çəkirsə, damarlarda müəyyən proseslər gedirsə hər dəfə başı arxaya dayayanda müəyyən problemlər ola bilər. Çünki, belə hallarda beyinin qan dövranı pozulur.
Yəni insan gözəllik salonuna getməsə də dediyimiz problemləri varsa, o başını geriyə qatlayanda onda baş gicəllənməsi olacaq. Yəni bunun səbəbi osteoxondrozdur. Bunun “Gözəllik salonu” sindromu ilə əlaqəsi yoxdur”.
Həkim onu da əlavə etdi ki, bu cür xəbərlər sensasiya xatirinə yayılır:
“Məlum xəstəliyə yeni ad vermək hələ elmi nailiyyət deyil”
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:20 / 08.12.2022
BU QADINLAR gözəllik salonunda ölə bilərlər? – Həkimdən AÇIQLAMA
Hazırda oxunan: BU QADINLAR gözəllik salonunda ölə bilərlər? – Həkimdən AÇIQLAMA
Hazırda oxunan: BU QADINLAR gözəllik salonunda ölə bilərlər? – Həkimdən AÇIQLAMA
108520
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.