Bakı-Sumqayıt qatarında LƏNGİMƏ - Vaqon qapısı açıq halda hərəkət etməli oldu

Bakı-Sumqayıt qatarında LƏNGİMƏ - Vaqon qapısı açıq halda hərəkət etməli oldu

Hazırda oxunan: Bakı-Sumqayıt qatarında LƏNGİMƏ - Vaqon qapısı açıq halda hərəkət etməli oldu

108413

Bu gün saat 17:50-də Bakıdan Sumqayıta yola düşən sürət qatarı Sabunçu stansiyasında 15 dəqiqə ləngiməli olub.  

Bizim.Media xəbər verir ki, ləngiməyə səbəb, qatarın ikinci vaqonunda qapıların bağlanmaması olub.  

Qatar heyəti nə qədər cəhd etsə də vaqonun qapısını işlək vəziyyətə gətirə bilməyib. Nəticədə, Sabunçu dayanacağından Sumqayıta qədər qatar ikinci vaqonunun qapısı açıq şəkildə hərəkət edib. 
Vaqonun açıq qapısının qarşısı  qatardakı polislər tərəfindən mühafizə edilib. Nəticədə, Sumqayıt-Pirşağı-Bakı qatarının hərəkət cədvəlində də ləngimə olub. 

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO