Ötən ay Azərbaycana gələnlərin sayı açıqlanıb

Ötən ay Azərbaycana gələnlərin sayı açıqlanıb

Hazırda oxunan: Ötən ay Azərbaycana gələnlərin sayı açıqlanıb

108388

Noyabrda ölkəyə gələnlərin sayı açıqlanıb. 

Dövlət Turizm Agentliyindən Bizim.Media-ya bildirilib ki, ötən ay Azərbaycana 135 370 nəfər səfər edib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 57 faiz çoxdur.

Belə ki, ötən ilin noyabrında ölkəyə 86 061 nəfər gəlib. 

Bu ilin yanvar-noyabr ayları ərzində ölkəyə 1 458 786 şəxs gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 111 faiz artım qeydə alınıb. Belə ki, 2021-ci ilin yanvar-noyabrında ölkəyə 692 314 nəfər səfər etmişdi. 
Ən çox əcnəbi isə Rusiya (40 807), Türkiyə (26 742), İran (14 989), Gürcüstan (8625), Hindistan (7689), Pakistan (4215) və Səudiyyə Ərəbistanından (3233) gəlib. Ziyarətçilərin regionlar üzrə payı Rusiya üzrə 30,14, Türkiyə üzrə 19,75, İran üzrə 11,07, Cənubi Asiya üzrə isə 9,28 faiz olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO