“Rayonlara sərnişin daşıyan avtobuslar qışa hazırdır. Bu istiqamətdə lazımi tədbirlər görülüb”.
Bunu Bizim.Media-ya açılamasında Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bölgələrə işləyən sərnişin avtobuslarının buzlu yollara hazırlığı ilə bağlı məsələdən danışarkən bildirib.
Onun sözlərinə görə Bakı Beynəlxalq Avtovağzal Kompleksində müntəzəm sərnişindaşıma ilə məşğul olan iri daşıyıcılarla görüş keçirilib:
“AYNA-nın nümayəndələri və ekspertlərin də iştirak etdikləri görüşdə sərnişindaşıma sahəsində mövcud çatışmazlıqlar, qarşıda duran məsələlər müzakirə olunub və təkliflər dinlənilib.
Həmçinin qış mövsümünə hazırlıq işlərinin həyata keçirilməsi barədə müzakirələr aparılıb. Qış mövsümü ilə əlaqədar avtonəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi barədə tapşırıqlar verilib. Bundan əlavə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində “ZOOM” platforması vasitəsilə 45 avtovağzal və avtostansiya rəhbərləri ilə görüş keçirilib.
Görüş zamanı ümumilikdə qış mövsümünə hazırlıq, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin prioritet istiqamətlərdən olduğu diqqətə çatdırılıb. Qış mövsümü ilə əlaqədar, avtonəqliyyat vasitələrinin, eləcə də sərnişinlərin avtovağzal və avtostansiya ərazilərində təhlükəsiz hərəkətlərinin təmin olunması barədə tapşırıq verilib”.
Qurum rəsmisi onu da əalvə edib ki, hər iki görüş zamanı ümumilikdə marşrut xətlərində istismar olunan avtobusların qış mövsümünə hazır vəziyyətdə olması, bunun üçün lazımi tədbirlərin görülməsi daşıyıcıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, şəhərlərarası və rayonlararası daşımalarda istifadə olunan avtobuslar daşıyıcılara məxsusdur. Respublika ərazisində fəaliyyət göstərən avtovağzallar isə özəl sahibkarlıq subyektidirlər.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:10 / 07.12.2022
45 avtovağzal rəhbərinə TAPŞIRIQ verildi – RƏSMİ
Hazırda oxunan: 45 avtovağzal rəhbərinə TAPŞIRIQ verildi – RƏSMİ
Hazırda oxunan: 45 avtovağzal rəhbərinə TAPŞIRIQ verildi – RƏSMİ
108317
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.