Qəbələ sakininin axtarışlarına xilasedici qüvvələr cəlb olunub - FOTO

Qəbələ sakininin axtarışlarına xilasedici qüvvələr cəlb olunub - FOTO

Hazırda oxunan: Qəbələ sakininin axtarışlarına xilasedici qüvvələr cəlb olunub - FOTO

108192

“Noyabrın 29-da Qəbələnin Qəbələnd istirahət mərkəzi yaxınlığındakı meşəlik ərazidə itkin düşdüyü ehtimal olunan 49 yaşlı Səyavuş Həmidovun axtarışları davam etdirilir.  Axtarışlara Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedici qüvvələri də cəlb olunub. Bu günlər ərzində itkin düşən şəxsin yaxınları ilə birlikdə Dəmiraparan çayının sahili boyu və yaxın ərazilərdə axtarışlar aparıb”.

Bu barədə Bizm.Media-ya FHN-in Regional mərkəzindən bildirilib.

Qeyd olunub ki, FHN-in Şimal-Qərb Regional Mərkəzinin xilasedici qüvvələri noyabrın 30-dan axtarış işlərində fəal iştirak edir.  

Son günlər hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, FHN-in xilasedici qüvvələri Səyavuş Həmidovun itkin düşdüyü ehtimal edilən bir neçə istiqamət üzrə axtarış həyata keçirib. Bu istiqamətlərdən biri də Dəmiraparan çayının şimal-şərq hissəsidir.
Xilasedici qüvvələr və itkin düşən şəxsin yaxınları həmçinin Şonqar dağında meşənin dərinliklərinə doğru axtarış işlərini davam etdirir.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO