Xaricdən gətirilən avtomobillərin daşıma xərcləri kəskin bahalaşıb - VİDEO

Xaricdən gətirilən avtomobillərin daşıma xərcləri kəskin bahalaşıb - VİDEO

Hazırda oxunan: Xaricdən gətirilən avtomobillərin daşıma xərcləri kəskin bahalaşıb - VİDEO

108069

Xaricdən alınaraq ölkəmizə gətirilən avtomobillərin daşıma xərcləri kəskin bahalaşıb.

Bizim.Media xəbər verir ki, ABŞ-dən avtomobillərin alınması və daşınması xidmətini göstərən şirkətlərdən birinin direktoru olan Hafiz Əmiraslanov deyib ki, son bir ildə daşıma qiymətləri 1 000 dollara yaxın bahalaşıb.

ABŞ-dən alınan avtomobillərin daşıma müddəti iki-dörd ay çəkir. Şirkət nümayəndələri avtomobil alarkən əlavə maddi ziyana düşməmək üçün bəzi nüanslara diqqət etməyi tövsiyə edirlər.
ABŞ ilə yanaşı, Koreyadan alınan avtomobillərin də daşıma xərcləri artıb.

Bu işlə məşğul olanlar bildirirlər ki, Koreyadan avtomobillər həm konteynerlə, həm də “Ro-Ro” gəmisi ilə açıq formada daşınır. Konteynerlə daşıma qiymətləri isə “Ro-Ro” gəmisi ilə müqayisədə ucuzdur.

Qeyd edək ki, hazırda, xüsusilə ən çox ABŞ və Koreya bazarlarından ikinci əl avtomobillər alınaraq ölkəyə daşınır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO