Xaçmazda market oğrularını belə yaxaladılar – FOTO 

Xaçmazda market oğrularını belə yaxaladılar – FOTO 

Hazırda oxunan: Xaçmazda market oğrularını belə yaxaladılar – FOTO 

108066

Xaçmazda "OBA" marketdən seyf oğurlayan şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Xaçmaz Rayon  Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Namik Şirinov və Əli Əliyev saxlanılıblar.

Araşdırmalar zamanı həmin şəxslər rayon ərazisində olan "Oba" marketdən içərisində 2000 (iki min) manat pul olan seyfi, müxtəlif növ siqaretləri və spirtli içkiləri oğurladıqlarını səmimi etiraf ediblər.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO