Qışda orqanizmi daxildən isitmək üçün zülal və doymuş yağlara ehtiyac var.
Bizim.Media xəbər verir ki, bu barədə dietoloq Natalya Lazurenko danışıb.
“Qışda piy, quyruq, sala yemək faydalıdır. Çünki doymuş yağlar bədənə istilik, enerji təminatı verir. Bu yağlar beldə, qarında dəri altı toplanmır, ona görə bədən forması pozulmur.
Salo araxid turşusu daşıyır, bu turşu sinir sistemini qoruyur, Alsgeymerdən qoruyur”.
O bildirib ki, digər qızışdırıcı qidalar zülaldır- ət, yumurta, balıq, eləcə də süd məhsullarıdır: “Bunlar əzələ kütləsini bərkidir, bu da soyuqdan qorumaq üçün vacibdir.
Qış süfrəsində duzlu kələm, xiyar, bibər də az miqdarda olmalıdır.
Çünki duza qoyulmuş təbii şorabalar vitamin, zülal və faydalı bakteriyalarla orqanizmi gücləndirir, immuniteti möhkəmləndirir.
Sadalanan qidaları 5 yaşından sonra uşaqlara da qışda vermək olar”,- deyə dietoloq qeyd edib. (Bakupost.az)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:31 / 06.12.2022
Bu qidalar qışda orqanizmi isidir – SİYAHI
Hazırda oxunan: Bu qidalar qışda orqanizmi isidir – SİYAHI
Hazırda oxunan: Bu qidalar qışda orqanizmi isidir – SİYAHI
108053
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.