Azərbaycan səfirliyi: 16 mindən çox vətəndaşımız Ukraynadan köçürülüb

Azərbaycan səfirliyi: 16 mindən çox vətəndaşımız Ukraynadan köçürülüb

Hazırda oxunan: Azərbaycan səfirliyi: 16 mindən çox vətəndaşımız Ukraynadan köçürülüb

108034

Lənkəran rayonunun Gərmətük kənd sakini Babayev Xəyyam Fəryad oğlunun Ukraynada öldüyü deyilir.

Bizim.Media bununla bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən “apa.az”ın sorğusuna cavab olaraq bildirilib ki, bu şəxs haqqında məlumat yoxdur.  

“Ölən vətəndaşlar haqda məlumat Xarici İşlər Nazirliyinə göndərilir, lakin yaralılar haqda yox”, - deyə qeyd olunub. 

Bildirilib ki, Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, aktiv evakuasiya elan olunandan sonra 16 mindən çox vətəndaşımız Ukraynadan köçürülüb:

“Azərbaycanın Ukraynadakı Səfirliyinin Azərbaycan Respublikası vətəndaşları ilə əlaqədar işləri əvvəlki kimi təşkil olunub, yalnız daha da artan həcmdə - sərbəst olaraq ölkəni tərk edənlərin, həmçinin miqrasiya qaydalarının pozulması səbəbiylə ölkədən qovulanların Ukraynadan çıxış sənədləri ilə təmin edilməsi, illərdir sənədlərini bərpa etməyən vətəndaşların sənədlərinin bərpası, yaşayış icazəsi alanlara müxtəlif arayışların verilməsi, əlaqə kəsilmiş şəxslərin axtarışı və bir sıra digər problemlərin həlli.  

Qeyri-dəqiq hesablamalara əsasən, bu günə qədər Ukraynada 10 min qanuni vətəndaş, minlərlə qeyri-qanuni və potensial vətəndaş qalmaqdadır. Sonuncu kateqoriya o kəslərdir ki, illərdir heç bir sənədləri yoxdur, ancaq vətəndaşlıq üçün müraciət etdikləri halda onlara vətəndaşlıq verilir. 
Vətəndaşlarla bağlı xeyli problem var, bizim 2 konsulumuz böyük gərginlik altında çalışır və gündəlik olaraq çox sayda vətəndaşımıza kömək edir” – deyə səfirlikdən bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO