İmişlidə məktəbdəki yanğınla bağlı DİN məlumat yaydı - YENİLƏNİB 

İmişlidə məktəbdəki yanğınla bağlı DİN məlumat yaydı - YENİLƏNİB 

Hazırda oxunan: İmişlidə məktəbdəki yanğınla bağlı DİN məlumat yaydı - YENİLƏNİB 

107975

Daxili İşlər Nazirliyi İmişlidə məktəb binasındakı yanğınla bağlı məlumat yayıb. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. 

Məlumata görə, bu gün saat 16 radələrində İmişli rayonunun Qaralar kəndi ərazisində yerləşən tam orta məktəbdə yanğın baş verməsi ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Məlumatla əlaqədar dərhal polis əməkdaşları həmin əraziyə cəlb olunublar. 

Hazırda polis əməkdaşları tərəfindən hadisə yerinin mühafizəsi təmin olunur, təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilir. 

Həmçinin, yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür. 

16.36

İmişlidə məktəb binasında yanğın başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İmişli rayonunun Qaralar kəndində məktəb binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO