Bakıda ad günündən çıxan şəxs dostunu öldürdü – TƏFƏRRÜAT

Bakıda ad günündən çıxan şəxs dostunu öldürdü – TƏFƏRRÜAT

Hazırda oxunan: Bakıda ad günündən çıxan şəxs dostunu öldürdü – TƏFƏRRÜAT

107911

Bakının Nəsimi rayonunda 1984-cü il təvəllüdlü Rabil Qasımov şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı 1982-ci il təvəllüdlü Bəhruz Quliyev öldürülüb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, 2022-ci il aprelin 4-də, saat 23 radələrində Rabil yeməkxanada dostunun ad günü məclisində iştirak edib və həmin zaman sərxoş vəziyyətdə olub.

O, sərxoş vəziyyətdə həmin ərazidəki çayxanaya getdikləri zaman aralarında yaranan münaqişə zamanı Bəhruza çoxsaylı bıçaq xəsarətləri yetirərək, ona öldürüb. 

İstintaq orqanı tərəfindən Rabilin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Rabilin barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim İradə Həsənzadənin sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Rabil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, aprelin 4-də, saat 20 radələrində həmişə olduqları çay evinə tanışları ilə görüşmək üçün gedib:

“Oradan Bəhruz, Rəşad və Şükür ilə birlikdə görüşdük. Mənim təşəbbüsüm ilə Şükürün ad gününü qeyd etməkdən ötrü həmin ərazidəki kafedə yeyib-içdik.  Sonra geri gələndə mənimlə Bəhruz arasında 21 manat məbləğində köhnə borc məsələsinə görə mübahisə yarandı. Bəhruza borcunu gec qaytarmasına görə iradımı bildirdim.

Bəhruz isə məni və ailəmi təhqir etdi. Sonra çiynimdən itələdiyindən qarşılıqlı bir-birimiz ilə əlbəyaxa olduq. Bəhruz mənim baş nahiyəmdən və sol gözümün üzərindən vuraraq xəsarət yetirdi. Mən də Bəhruzu qorxutmaq üçün çay evinin yanında saxladığım, etibarnamə ilə idarə etdiyim atama məxsus “Hyundai Sonata” markalı avtomobilin sürücü qapısının gözündən götürdüyüm bıçağı götürdüm. Bu zaman Bəhruz yenə də söyüş söyməyə davam etdi. Həmçinin mənə yumruq zərbələri atdı.

Şükür Bəhruzu kənara çəksə də, Bəhruz mənə doğru addımlayaraq yenidən təhqir etdiyi zaman bıçaqla onun döş qəfəsinə zərbə endirdim. Bəhruz çay evinin yaxınlığında tikilməkdə olan çoxmərtəbəli binanın sağ tərəfinə qaçmağa başladı. Rəşad və Şükür Bəhruzun arxasınca, mən isə göstərilən binanın sol tərəfinə Bəhruzun qarşına çıxmaqdan ötrü hərəkət etdim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, Bəhruzu binanın yanında üzüstə uzanıqlı vəziyyətdə görüb:

“Bəhruzu silkələsəm də, səsinin çıxmadığını gördüm. Avtomobilimə tərəf gedərkən Rəşadın “tez maşın gətirin, xəstəxanaya çatdıraq” qışqırığını eşitdim. Mən isə maşını yaşadığım ünvana sürdüm. Atam Vaqif səsimə oyandı. Ona adam bıçaqladığımı və beş-on dəqiqəyə qayıdacağımı dedim. Sonra evdən çıxdım. Novxanı kəndi tərəfə dəniz qırağına getdim. Yolda atam zəng edərək polislərin məni axtardığını bildirdi. Bu zaman geri qayıdarkən Masazır kəndi yaxınlığında maşından düşdüm, bıçağı gölün ətrafına atdım. Sonra yaşadığım evə gəldim. Binanın həyətinə çatdıqda polis əməkdaşlarının orada olduqlarını gördüm”. 

Təqsirləndirilən şəxs bildirib ki, törətdiyi əməldən artıq dərəcədə peşmandır. Məhkəmənin hökmü ilə Rabil 9 il müddətinə azadlıqdan məhrum edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO