Beyləqan rayonunda bir ailənin 4 üzvünün qətlə yetirməkdə şübhəli bilinən Fuad Cəlilzadənin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə rayon məhkəməsində qərar elan olunub.
Hazırda istintaq davam edir.
Qeyd edək ki, hadisə dekabrın 2-də rayon ərazisində qeydə alınıb.
Belə ki, F.Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadəni və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib.
F.Cəlilzadə odlu silahdan atəş açaraq həmin şəxslərin hər birinə 2 güllə vurub. Qonşular arasında mübahisəyə səbəb isə torpaq üstündə olub.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:29 / 05.12.2022
Beyləqanda 4 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs barədə QƏRAR VERİLDİ
Hazırda oxunan: Beyləqanda 4 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs barədə QƏRAR VERİLDİ
Hazırda oxunan: Beyləqanda 4 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs barədə QƏRAR VERİLDİ
107859
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.