Qarabağ torpağında 30 ildən sonra buğda əkildi - FOTO   

Qarabağ torpağında 30 ildən sonra buğda əkildi - FOTO   

Hazırda oxunan: Qarabağ torpağında 30 ildən sonra buğda əkildi - FOTO   

107853

“Bu il AMEA-nın Genetik Ehtiyatlar İnstitutu üçün çox uğurlu bir il oldu. Otuz ildən sonra ilk dəfə Qarabağ Tədqiqat Bazasında 300-dən çox buğda sortunun geniş miqyasda əkini həyata keçirildi”. 

Bizim.Media-nın yerli bürosu bildirir ki, bu fikirlər AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki elmi tədqiqat bazasının rəhbəri Coşqun Məmmədova məxsusdur.  

O bildirib ki, Qarabağın bərəkətli torpağına öz əlləri ilə toxum səpmək bir gənc tədqiqatçı alim kimi ona da qismət olub və bu tarixi hadisə yaddaşına xoş xatirə kimi həkk olunub.

Coşqun Məmmədov Qarabağda ilk səpin tədbirində iştirak etdiyini, müvafiq qurumların əməkdaşları ilə fikir və təcrübə mübadiləsi aparıldığını bildirib. 

Gənc alim onu da diqqətə çatdırıb ki, Qarabağda bu il əldə olunan perspektiv sortlardan Səki-Zaqatala iqtisadi rayonunda rayonlaşma qabiliyyətini tədqiq etmək məqsədi ilə tarla sınaq əkinləri aparılıb. Hazırda təcrübə-sınaq prosesi davam edir. 



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO