Bakı-Quba yolunda tıxacla bağlı rəsmi AÇIQLAMA 

Bakı-Quba yolunda tıxacla bağlı rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Bakı-Quba yolunda tıxacla bağlı rəsmi AÇIQLAMA 

107836

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Quba yolunda tıxacla bağlı açıqlama yayıb.

İdarədən Bizim.Media-ya verilən məlumata görə, həftəsonu dağlıq ərazilərə qar yağması ilə bağlı olaraq paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqamətlərinə səfərlər edib və bu gün axşam saatlarında Bakıya qayıtmaları səbəbindən adı çəkilən yollarda müəyyən sıxlıq müşahidə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Quba yolunda uzun tıxac yarandı - ÖZƏL - FOTO


Hazırda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əlavə qüvvələr də qeyd olunan ərazilərə cəlb edilib. Qısa müddətdə hərəkət tam bərpa ediləcək.

"Qeyd olunan yolda sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğudur. Başqa hər hansı bir hadisə baş verməyib", - açıqlamada bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO