Avtomobillə narkotik daşıyan sürücü saxlanıldı

Avtomobillə narkotik daşıyan sürücü saxlanıldı

Hazırda oxunan: Avtomobillə narkotik daşıyan sürücü saxlanıldı

107834

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən sərxoş vəziyyətdə, nömrəsiz avtomobil idarə edən və avtomobilinin yük yerində külli miqdarda narkotik vasitə daşıyan sürücü aşkarlanaraq saxlanılıb.

Bizim.Media DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin 729 saylı Sabirabad postunda xidmət aparan əməkdaşları Vüqar Qasımov və Xəyal Ələkbərov nömrəsiz şəkildə "VAZ-21015" markalı avtomobil idarə edən 1976-cı il təvəllüdlü Zəfər Haqverdi oğlu Səfərovu saxlayıblar.

Sürücünün sürücülük vəsiqəsi və avtomobilə dair etibarnaməsi olmadığından posta dəvət olunub.

Sürücünün spirtli içki qəbul etməsinə əsaslı şübhələr yarandığından o, alkotestr vasitəsilə yoxlanılıb və bu zaman onun sərxoş olması müəyyən edilib.
Sürücü özünü şübhəli apardığından avtomobilə baxış keçirilib və bu zaman avtobobilin yük yerində külli miqdarda narkotik vasitə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO