Bakıda mənzillərin qiyməti bahalaşıb - VİDEO

Bakıda mənzillərin qiyməti bahalaşıb - VİDEO

Hazırda oxunan: Bakıda mənzillərin qiyməti bahalaşıb - VİDEO

107818

Daşınmaz əmlak bazarında son bir neçə aydır ki, evlərin qiymətində kəskin bahalaşma müşahidə edilir.

Bizim.Media xəbər verir ki, əvvəllər köhnə tikili binalarda iki otaqlı mənzillər 75-80 min manata təkilif edilirdisə, hazırda 100 min manata belə mənzil tapmaq müşkülə çevirilib.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, qiymət artımı təkcə yeni tikili evlərdə müşahidə edilmir. Onun sözlərinə görə, köhnə tikili 5 və 9 mərtəbəli binalardakı evlərdə də qiymət artımı var. Ekspert hesab edir ki, dünyada son vaxtlar baş verən hadisələr Azərbaycan bazarında mənzilə tələbi çoxaldıb. Bu da qiymət artımını qaçılmaz edib.
Ekspert deyib ki, həmin ölkə vətəndaşları Azərbaycanda ev alıb kirayə verməklə əllərində olan vəsaiti həm də bir növ sığortalamış olurlar.

Ramil Osmanlının sözlərinə görə, qarşıdakı aylarda mənzillərin qiymətində enmənin olması gözlənilmir.

Rieltor Həşim Qədirov vurğulayıb ki, köhnə tikili binalarda qiymət artımı heç vaxt bu həddə gəlib çıxmayıb.

Onun sözlərinə görə, mənzil bazarına tələb Rusiya və Ukraynadan Azərbaycana kütləvi axın olan zaman daha çox oldu. Amma sonradan bu hal daşınmaz əmlak bazarında durğunluğa gətirib çıxardı. 
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO