30 ildə 3336 azərbaycanlı mina qurbanı olub – Azərbaycanın BMT-dəki nümayəndəsindən Baş katibə MƏKTUB 

30 ildə 3336 azərbaycanlı mina qurbanı olub – Azərbaycanın BMT-dəki nümayəndəsindən Baş katibə MƏKTUB 

Hazırda oxunan: 30 ildə 3336 azərbaycanlı mina qurbanı olub – Azərbaycanın BMT-dəki nümayəndəsindən Baş katibə MƏKTUB 

107706

"Son 30 ildə 3 336 nəfər (o cümlədən 357 uşaq və 38 qadın) minalardan zərər çəkib, 131 hadisə kasetli sursatlarla bağlı olub".

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibinə məktubu və Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi barədə məruzəsində əksini tapıb.

Bildirilib ki, Ermənistan tərəfindən minaların harada gəldi basdırılması yenə də dinc sakinlərin ölümünə və əziyyət çəkmələrinə gətirib çıxarır.

Son 30 ildə 3336 nəfər (o cümlədən 357 uşaq və 38 qadın) belə minalardan zərər çəkib. 131 hadisə kasetli sursatlarla bağlı olub.
Məruzədə həmçinin qeyd edilib ki, 2022-ci il oktyabrın 3-nə olan məlumata görə, üçtərəfli Bəyanat imzalanandan sonra 257 hərbi qulluqçu və mülki şəxs minaya düşüb, nəticədə 44 nəfər ölüb, 213 nəfər, o cümlədən 9 uşaq, 1 qadın və 3 KİV nümayəndəsi yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO