Şimal bölgəsinə bu gün səhər yenidən qar yağıb.
Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, Şahdağ turizm mərkəzinə 10 sm-dən çox qar düşüb.
Verilən məlumata görə, bu gün mərkəzdə turist sayı az olsa da qar yağmasını eşidənlər son iki gün ərzində Şahdağa axışmağa başlayıblar.
Hazırda Şahdağla yanaşı, qonşu Ləzə və Kuzun, Qubanın Xınalıq və Xaltan kəndlərinə də qar yağır. Ləzədə qarın hündürlüyü hazırda 4 sm təşkil edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu