Şəhərlərarası müntəzəm avtobus marşrutlarının yeni qalibləri AÇIQLANIB - FOTO 

Şəhərlərarası müntəzəm avtobus marşrutlarının yeni qalibləri AÇIQLANIB - FOTO 

Hazırda oxunan: Şəhərlərarası müntəzəm avtobus marşrutlarının yeni qalibləri AÇIQLANIB - FOTO 

107659

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin “Bakı-Astara-Bakı”, “Astara-Bakı-Astara”, “Bakı-Lənkəran-Bakı” və “Lənkəran-Bakı-Lənkəran” şəhərlərarası müntəzəm avtobus marşrutları üzrə elan etdiyi müsabiqənin qalibləri müəyyən olunub. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, müsabiqə şəhərlərarası sərnişindaşıma bazarında rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq keçirilib. “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunub. 

“Bakı-Astara-Bakı” marşrutu üzrə üç fiziki şəxs – Cəlilov Elman Əli oğlu, Sadıqov İlqar Malik oğlu və Həsənov Güləli Xanəli oğlu, “Astara-Bakı-Astara” marşrutu üzrə iki fiziki şəxs – Həsənov Mirnahid İbad oğlu və Cəfərov Elçin Akif oğlu, “Bakı-Lənkəran-Bakı” marşrutu üzrə iki fiziki şəxs – Şahverdiyev Vüqar Aydın oğlu və Cəfərov Elçin Akif oğlu, “Lənkəran-Bakı-Lənkəran” marşrutu üzrə iki fiziki şəxs – Hüseynov Rahat Əli oğlu və Fətullayev Anar Bahadur oğlu müsabiqədə ən çox bal toplayaraq qalib elan olunublar. 

Həmin şəxslərin hər biri ilə daşıyıcı qismində sərnişindaşıma fəaliyyətinin göstərilməsi üçün qanuna müvafiq qaydada müqavilə imzalanacaq. 

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi şəhərlərarası marşrut xətlərini müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edəcək.

Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO