Beyləqan rayonunda bir ailənin 4 üzvünü qətlə yetirməkdə şübhəli bilinən Fuad Cəlilzadənin ittiham edildiyi maddə məlum olub.
Bizim.Media xəbər verir ki, onun barəsində Cinayət Məclləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
MÖVZU İLƏ BAĞLI:
Beyləqanda bir ailənin 4 üzvü öldürüldü - Baş Prokurorluq məlumat yaydı
Hazırda istintaq davam edir.
Xatırladaq ki, dekabrın 2-də F.Cəlilzadə qonşusu, 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadə və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib.
Bizim.Media