Beyləqanda qətlə yetirilənlərin kimliyi məlum olub. Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, qətlə yetirilənlər, 1971-ci il təvəllüdlü Tǝrgül Quliyeva, 1966-cı il təvəllüdlü Nadir Quliyev, 1996-cı il təvəllüdlü Amin Quluzadə, 2002-ci il təvəllüdlü Xəyal Quluzadədir.
MÖVZU İLƏ BAĞLI:
Beyləqanda bir ailənin 4 üzvü öldürüldü - Baş Prokurorluq məlumat yaydı
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
İstintaq davam edir.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu