Beyləqanda bir ailənin 4 üzvü öldürüldü - Baş Prokurorluq məlumat yaydı 

Beyləqanda bir ailənin 4 üzvü öldürüldü - Baş Prokurorluq məlumat yaydı 

Hazırda oxunan: Beyləqanda bir ailənin 4 üzvü öldürüldü - Baş Prokurorluq məlumat yaydı 

107599

Xəbər verdiyimiz ki, Beyləqanda qətl hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə nəticəsində bir ailənin 4 üzvü öldürülüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir. 

23.40***

Beyləqan rayonunda dəhşətli qətl hadisəsi baş verib, dörd nəfər öldürülüb.

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Tatalılar kəndində qeydə alınıb.

Hələ ki, kimliyi məlum olmayan şəxs dörd nəfər həmkəndlisini odlu silahdan atəş açaraq qətlə yetirib. Ölənlərin və qətli törədən şəxslərin kimliyi aydınlaşdırılır.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO