İntim videoları yayılan FHN polkovnikinin istintaqı YEKUNLAŞDI - İki qadın zərərçəkmiş qismində tanındı 

İntim videoları yayılan FHN polkovnikinin istintaqı YEKUNLAŞDI - İki qadın zərərçəkmiş qismində tanındı 

Hazırda oxunan: İntim videoları yayılan FHN polkovnikinin istintaqı YEKUNLAŞDI - İki qadın zərərçəkmiş qismində tanındı 

107573

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Məhəmməd Əkbərovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ müəyyən edilməyib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Zaur Mirzəyevin cinayət işi üzrə iki qadın zərərçəkmiş qismində tanınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Həbs edilən polkovnikdən XƏBƏR VAR - RƏSMİ


Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və fotoçəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırmış, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla, 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və fotoçəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Araşdırmalarla Zaur Mirzəyevin səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq, cinayət xarakterli əməlləri ilə həmin şəxslərin hüquq və qanuni mənafelərinə, habelə Fövqəladə Hallar Nazirliyinin işgüzar nüfuzuna ciddi xələl gətirərək, ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib.

Eldar Məmmədli, Bizim.Media.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO