Natiq Eyvazov: “Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi mediada gedən xəbərləri də araşdırır”

Natiq Eyvazov: “Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi mediada gedən xəbərləri də araşdırır”

Hazırda oxunan: Natiq Eyvazov: “Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi mediada gedən xəbərləri də araşdırır”

107559

“Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə il ərzində orta hesabla 8-10 min müraciət daxil olur. Bunların sırasına həm ərizə və şikayətlərlə bağlı, həm də qaynar xəttə daxil olan müraciətlər aiddir”. 

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov deyib.

İdarə rəisi media qurumlarında korrupsiyayla bağlı işıqlandırılan xəbərlərin də araşdırıldığını qeyd edib:

“Bir yenilik də ondan ibarətdir ki, media qurumlarında korrupsiya ilə bağlı işıqlandırılan hallarda əgər cinayət tərkibi olduğu halda araşdırılaraq istintaqının aparılması təmin edilir”.

Bəs korrupsiya halları ilə rastlaşan vətəndaşlar hara müraciət etməlidir? 

Natiq Eyvazov bildirib ki, 961 və 161 çağrı mərkəzləri ilə əlaqə saxlayıb şikayətlərini qeyd edə bilərlər.

“Vətəndaşların yazılı müraciətləri, eyni zamanda da Baş Prokurorluğun və Baş idarənin nəznində fəaliyyət göstərən əlaqə mərkəzləri, hansı ki, onlardan biri 961 çağrı mərkəzi, digəri isə 161 əlaqə mərkəzidir. Eyni zamanda elektron vasitələrlə Baş Prokurorluğun elektron ünvanına müraciətlər edə bilərlər. Əgər onlar bu məsələdə özləri üçün təhlükə görərlərsə, dövlət orqanından təhlükəsizliyin təmin edilməsi ilə bağlı xahiş də edə bilərlər”, - deyə N.Eyvazov əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO