Bakıda uşaq evi BAĞLANDI: 10 yaşlı qız küçədə qaldı 

Bakıda uşaq evi BAĞLANDI: 10 yaşlı qız küçədə qaldı 

Hazırda oxunan: Bakıda uşaq evi BAĞLANDI: 10 yaşlı qız küçədə qaldı 

107537

Bakıda azyaşlı qız küçədə gecələyib.  

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, 10 yaşlı Məsumə bir müddətdir Suraxanı rayonu ərazisində küçədə gecələyib.

Məlumata görə, onun anası ölüb, atasının isə kimliyini bilmir. 

Anası öləndən sonra uşaq evlərindən birində qalıb. Həmin uşaq evi bağlandıqdan sonra isə 1 il ərzində küçələrdə zibil yığan tanımadığı qadınla yaşayıb. O da öləndən sonra azyaşlı küçələrdə gecələməyə məcbur olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, azyaşlı qızcığaz Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb. Tapılarkən onun baş və bədənində xəsarətlər də müəyyən edilib. Buna görə rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində araşdırma başlanıb.
Onu da qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsi ilə müxtəlif QHT-lər birgə əməkdaşlıq edirlər. Belə ki, onlar arasında “Whatsapp” qrupu yaradılıb. Həmin qrup vasitəsilə küçədə yaşayan uşaqlarla bağlı məlumat verilir və lazımi tədbirlər görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO