Ağdamda QƏZA – Avtomobil piyadanı vurdu 

Ağdamda QƏZA – Avtomobil piyadanı vurdu 

Hazırda oxunan: Ağdamda QƏZA – Avtomobil piyadanı vurdu 

107522

Ağdamda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. 

Belə ki, Heydər Əliyev prospektində hərəkətdə olan minik maşını, piyada, Ağdam rayon Üçoğlan kənd sakini Abıyev Tural Babaxan oğlunu vurub.  

Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına köçürülüb. Həkimlər T.Abıyevin ağır bədən xəsarətləri almasına baxmayaraq onun həyatı təhlükəni geridə qoyduğunu bildirib.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO