Xəbər verdiyimiz kimi, 14 İran vətəndaşı Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərinə keçib. İranın ölkəmizdəki səfirliyindən bu məsələ ilə bağlı hər hansı açıqlama verilməyib. Səfirliyə edilən zənglər cavabsız qalıb. Bu isə o deməkdir ki, iranlı diplomatlar vətəndaşlarının kimliyi və Azərbaycan ərazisinə gizli səfərin məqsədləri haqda danışmaq istəmirlər.
Bizim.Media teleqram kanallarına istinadən xəbər verir ki, noyabrın 24-dən Xankəndində olan və hələ də oranı tərk etməyən 14 nəfərdən 12-si İranın cənub-qərbindəki İzeh şəhərindəndir.
Razılaşın ki, belə təsadüfə inanmaq çətindir.
Xüsusilə də İzeh şəhərində İran xüsusi xidmət orqanlarının terror-diversiya üzrə ixtisaslaşan məxfi bazasının yerləşməsi haqda məlumatlar, bu şəxslərin təvəllüdləri (əsasən, 30-40 yaş arası), səfərin məxfiliyi və bir sıra digər məqamlar söhbətin İranın xüsusi xidmət orqanlarının əməkdaşlarından getdiyinə dair ehtimalı bir daha təsdiqləyir.
MÖVZU İLƏ BAĞLI:
Qarabağa gələn 14 nəfər İranın terror-diversiya qrupunun üzvləridir?
Bu şəxslər sosial şəbəkə istifadəçiləri deyil. Sosial şəbəkələrdə izin olmaması nadir haldır. Onlar hansı məxfi fəaliyyətlə məşğuldurlar ki, sosial şəbəkələrdən uzaqdırlar? Belə yanaşma hərbçi və ya xüsusi xidmət orqanlarının əməkdaşlarına xas olur.
Xankəndinə gəlmiş qrup üzvlərinin sənədlərindəki adların saxta olması da mümkündür – kəşfiyyat orqanları üçün bu, adi haldır. Məsələn, İngiltərədə baş vermiş rezonanslı sui-qəsddə olduğu kimi – Sergey Skripalı zəhərləmək üçün bu ölkəyə göndərilmiş Rusiyanın xüsusi xidmət orqanlarının iki əməkdaşı “Petrov” və “Boşirov” adlarının saxta olduğu yaxşı məlumdur.
Odur ki, biz tam əmin deyilik ki, indi açıqladığımız ad və soyadlar saxta deyil. Amma istənilən halda, 7 gün əvvəl rusiyalı sülhməramlıların Xankəndinə buraxdıqları İran vətəndaşları Qarabağa məhz bu adlarla keçiblər:
Mohmadi Vahab Mehralı
Heidari Abdollah Alah Rahm
Mohmadi Daryoosh Avaz
Amiritolmarani Elsa Mohammad
Salahshouri Dourakı Farzad Nader
Mohmadi Aref Hossein
Almasian Nezhad Ebrahim Mohammad
Mohmadi Abdollah Mehr Ali
Mohmadi Nasrolah Mehr Ali
Safari Hossein Hatam
Kouravand Takht Sabzı Alı Shir Hossein
Mohmedi Omid Mehr Ali
Mohammadı Mokhtar Bar Ahmad
Salahshouri Dourakı Keramat Nader
MÖVZU İLƏ BAĞLI:
Qarabağa qanunsuz buraxılan xarici agentlər kimlərdir? - Sülhməramlıların özbaşınalığı
Nəhayət, həmin şəxslərdən bəzilərinin fotolarını da təqdim edirik və ümidvarıq ki, İran səfirliyi axır ki, öz vətəndaşlarına sahib çıxıb susqunluğa son verəcək.
Bizim.Media